16 
Sen
2019
09:50
14
199
6553
Virtual karabakh

“KamAZ”la “Mercedes” toqquşdu: sərnişin ön şüşədən çölə düşüb öldü

16 Sen, 2019
09:50
6553

“KamAZ”la “Mercedes” toqquşdu: sərnişin ön şüşədən çölə düşüb öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gecə Bakı-Qazax avtomagistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə, “Mercedes”də olan Bakı sakini, 1958-ci il təvəllüdlü Atakişiyev Əyyub Teyyub oğlu zərbənin gücündən ön şüşədən yola düşüb.

Bu zaman digər avtomobil onun ayaqlarının üstündən keçib. Ə.Atakişiyev hadisə yerində ölüb. Maşında olan digər iki nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri