16 
Sen
2019
13:05
14
185
2546
Virtual karabakh

Yolu keçən piyadanı maşın vurdu

16 Sen, 2019
13:05
2546

Yolu keçən piyadanı maşın vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Gürcüstan vətəndaşı 1976-cı il təvəllüdlü Vəliyev Mehralı Kamil oğlu özünə məxsus “Mercedes-Benz Vito” markalı, KF-427-FK Gürcüstan dövlət nəqliyyat nişanlı avtomobillə yolu keçərkən piyada, 1960-cı il təvəllüdlü Əhmədova Nərimə Mirtağı qızını vurub. 

Piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

N.Əhmədova aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başladılıb.

Araşdırma aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri