17 
Sen
2019
00:25
9
141
3059
Virtual karabakh

Taksi yük maşını ilə toqquşdu, sürücü və sərnişinləri ağır yaralandı

17 Sen, 2019
00:25
3059

Taksi yük maşını ilə toqquşdu, sürücü və sərnişinləri ağır yaralandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, 1975-ci il təvəllüdlü Mirzəyev Mədəd Mirhəmid oğlu taksi fəaliyyəti göstərdiyi “VAZ-2106” markalı minik avtomobili ilə Məhəmmədi kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib.

Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “Schacman” markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü M.Mirzəyev və sərnişinlər - 28 yaşlı Məmmədov Elgün Əliyar oğlu və 1974-cü il təvəllüdlü Əlizadə Lalə Eldar qızı xəsarət alıb.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri