17 
Sen
2019
17:25
16
381
4028
Virtual karabakh

Masallıda atanın törətdiyi qəzada dörd yaşlı oğlu öldü

17 Sen, 2019
17:25
4028

Masallıda atanın törətdiyi qəzada dörd yaşlı oğlu öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Köhnə Alvadı kəndi ərazisində qeydə alınıb. 

Kənd sakini M.Əliyevin idarə etdiyi “Volvo” markalı yük avtomobili Cəlilabad rayon sakini, 32 yaşlı Vilayət Zeynalovun idarə etdiyi “VAZ 2106” markalı maşınla toqquşub.

V.Zeynalov və üç sərnişini – onun həyat yoldaşı, 29 yaşlı Bənövşə Zeynalova, onun beş yaşlı qızı Tamara Zeynalova və dörd yaşlı oğlu Sahil Zeynalov xəsarət alıb. Onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. S.Zeynalovun xəsarətləri ağır olduğundan xəstəxanada ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri