18 
Sen
2019
00:10
32
311
14105
Virtual karabakh

Piyadanın ölümü ilə nəticələnən qəzanın bəzi detalları məlum olub - YENİLƏNİB / FOTO + VİDEO

18 Sen, 2019
00:10
14105

Piyadanın ölümü ilə nəticələnən qəzanın bəzi detalları məlum olub - YENİLƏNİB / FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığında baş verən qəzanın təfərrüatı məlum olub.

Oxu.Az-ın xəbərinə görə, “Dədə Qorqud” parkının yaxınlığında hərəkətdə olan 10 GN 002 dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vuraraq ağır xəsarət yetirib.

Sürücü dostunun “Maserati” markalı minik avtomobili ilə yaralını xəstəxanaya çatdırıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada keçinib.

* * *

Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

Oxu.Az-ın verdiyi xəbərə görə, metronun "Gənclik" stansiyasının yaxınlığında "Maserati" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri