17 
Sen
2019
23:23
16
136
3303
Virtual karabakh

Bərdə, Ağdam və Tərtər rayonlarında güclü külək işıqları söndürdü

17 Sen, 2019
23:23
3303

Bərdə, Ağdam və Tərtər rayonlarında güclü külək işıqları söndürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şiddətli külək bir neçə rayonda fəsadlar törədib.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, axşam saatlarından əsməyə başlayan güclü külək əsasən elektrik təsərrüfatına ziyan vurub. Bərdə, Tərtər və Ağdam rayonlarında axşam saatlarından şəhər də daxil olmaqla, rayonların bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin nəqlində fasilələr yaranıb.

Aidiyyəti qurumlardan bildiriblər ki, enerji təminatında yaranan fasilələr güclü külək nəticəsində naqillərdə baş verən problemlə əlaqədardır. Artıq təmir işləri aparılır. Yaxın saatlarda əhalinin enerji ilə təminatında yaranmış problem aradan qaldırılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri