18 
Sen
2019
03:17
28
147
4512
Virtual karabakh

Azadlıq prospektini qırmızı işıqda keçən “Jeep” qəza törətdi - FOTO / VİDEO

18 Sen, 2019
03:17
4512

Azadlıq prospektini qırmızı işıqda keçən “Jeep” qəza törətdi - FOTO / VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Azadlıq prospektində hərəkətdə olan “Jeep” markalı minik avtomobili işıqforun qırmızı işığına məhəl qoymayaraq yoluna davam edib.

Bu zaman o, Abbasqulu Ağa Bakıxanov küçəsində işıqforun yaşıl işığı ilə hərəkətdə olan və Məmmədov Rəşad Əlisahib oğlunun idarə etdiyi “Toyota Prado” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə nəticəsində “Toyota”da olan sərnişin, 29 yaşlı Bəhram Rzayev xəsarət alıb.

Əraziyə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri