18 
Sen
2019
12:50
74
52
6048
Virtual karabakh

Qənirə Paşayeva: Yüzlərlə ailə bu qanunun qəbulunu gözləyir

18 Sen, 2019
12:50
6048

Qənirə Paşayeva: Yüzlərlə ailə bu qanunun qəbulunu gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda gənclər arasında skalioz xəstələrinin sayında artım müşahidə edilir. 

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Qənirə Paşayeva bildirib. 

Q.Paşayeva gənclər arasında narkotikdən istifadə hallarının artdığını da bildirib. 

“Müvafiq qurumlarla müzakirələr aparmaq lazımdır. Nə baş verir ki, gənclik narkotikə meyllənir? Bunları müzakirə edib təhlil aparmaq lazımdır”, - deyə Q.Paşayeva əlavə edib. 

Deputat onu da qeyd edib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılmalıdır:

“Yüzlərlə ailə bu qanunun qəbulunu gözləyir”. 

Q.Paşayevanın sözlərinə görə, mediada tibb müəssisələrinin, həkimlərin reklamı tibbi maarifləndirmənin qarşısına keçir. 

“Ona görə də təklif edirəm ki, Mətbuat Şurası ilə birlikdə bu mövzuda dinləmələr keçirək. Digər bir məsələ isə antibiotiklərlə bağlıdır. Antibiotiklərdən düzgün istifadə etmədikdə, bu, ölümə də gətirib çıxarır. Eyni zamanda, təklif edirəm ki, vərəm xəstələrinin əlilliyi məsələsinə də baxılsın”. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri