18 
Sen
2019
12:36
92
25
2335
Virtual karabakh

Məhkəmə anasını və qardaşını yandıran şəxslə bağlı qərar verdi

18 Sen, 2019
12:36
2335

Məhkəmə anasını və qardaşını yandıran şəxslə bağlı qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, V. Kolosov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. İyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində ölüb.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək od vurub.

Məlumata görə, V.Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri