18 
Sen
2019
13:22
14
429
5163
Virtual karabakh

Bir gündə Milli Onkologiya Mərkəzinə 1200 nəfər müraciət edir - RƏSMİ

18 Sen, 2019
13:22
5163

Bir gündə Milli Onkologiya Mərkəzinə 1200 nəfər müraciət edir - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir gün ərzində Milli Onkologiya Mərkəzinə 1200 nəfər müraciət edir. 

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat, Milli Onkologiya Mərkəzinin baş direktor müavini Kəmaləddin Qafarov deyib. 

Onun sözlərinə görə, Milli Onkologiya Mərkəzində müasir tibbi avadanlıqlar olsa da, onların saxlanılması üçün maliyyə vəsaiti azdır. 

“Milli Onkologiya Mərkəzinin texniki imkanları genişlənib. Bu qədər yüksək səviyyəli işlər təqdirəlayiqdir. Genişlənmiş sahənin saxlanılması 5 il öncəki büdcə ilə tənzimlənir. Yəni büdcə beş il əvvəl becə idisə, indi də elə qalır. Ona görə də dövlət büdcəsindən ayrılan vəsaiti beş qat artırmaq lazımdır”. 

K.Qafarov tibb sahəsinin əlavə dəyər vergisindən azad edilməsini də təklif edib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri