18 
Sen
2019
14:31
133
436
12088
Virtual karabakh

Bakıda polisi təhqir edən sürücü üzr istədi - VİDEO

18 Sen, 2019
14:31
12088

Bakıda polisi təhqir edən sürücü üzr istədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yol polisini təhqir edən sürücü üzr istəyib.

Oxu.Az-ın məlumatına görə, etdiyi hərəkətə görə peşman olan sürücü Fəxrəddin Nəsirov hadisənin başvermə anından danışıb:

“Maşını idarə edən zaman əlimdə telefon var idi. Polis əməkdaşı məni saxladı və sənədlərimi tələb etdi. Mən sənədimi ona təqdim etdim. O, məndən taksi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyamın olub-olmadığımı soruşdu.

Mən də “yoxdur” cavabı verdim. Bu zaman polis əməkdaşı da mənə protokol yazdı. Mən onkoloji, şəkər xəstəsiyəm. Özümdə olmadım, protokolu götürüb maşına getdikdən sonra polisin bu hərəkətinə əsəbiləşdim və qayıdaraq onu təhqir etdim.

Həmin polis əməkdaşını tapıb üzr istəyəcəm. İşlətdiyim ifadəmə görə bütün polis əməkdaşlarından üzr istəyirəm”.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakıda yol polisi və sürücü arasında gərgin anları əks etdirən video yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı taksi sürücüsünə qayda pozuntusuna görə protokol tərtib edib. Bu zaman sürücü polisi ağır formada təhqir edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri