18 
Sen
2019
18:02
248
52
8530
Virtual karabakh

Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi - VİDEO

18 Sen, 2019
18:02
8530

Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb. 

Oxu.Az-ın məlumatəına görə, ticarət mərkəzlərinin birinin qarşısında iki şəxs arasında dava düşüb.

Bu zaman tərəflərdən biri digərinin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev saytımızın sorğusuna cavab olaraq bildirib ki, məqsədi vətəndaşı öldürmək olan şəxsi polis zərərsizləşdirib:

“İctimai təhlükəli əməl şəxsi münasibətlər pozulması zəminində baş verib. 1992-ci təvəllüdlü Bakı şəhər sakini R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılıb, müvafiq polis şöbəsinə təhvil verilib”.

E.Hacıyev qeyd edib ki, faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatı öyrənilir. Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, xəstəxanaya yerləşdirilib.

Hadisənin görüntülərini Bakupost saytı yayımlayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri