19 
Sen
2019
14:35
279
51
13511
Virtual karabakh

Zəhərlənməyə görə Bakıdakı məşhur dönərxana bağlandı - Araşdırma başladı

19 Sen, 2019
14:35
13511

Zəhərlənməyə görə Bakıdakı məşhur dönərxana bağlandı - Araşdırma başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda məşhur “BİR-İKİ” dönərxanada baş vermiş zəhərlənmə ilə əlaqədar araşdırmalara başlanılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib. 

Məlumatda bildirilir ki, agentliyin 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında adıçəkilən ictimai iaşə müəssisəsində Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Hazırda araşdırma davam etdirilir, ictimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub.

Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərlər görüləcək”.

Qeyd edək ki, son günlərdə sosial şəbəkədə tez-tez “BİR-İKİ” dönərxanada zəhərlənmələrlə bağlı məlumat yayılır. Bunun səbəbi köhnə ət və tərəvəzlərdən hazırlanan dönər olub. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri