19 
Sen
2019
18:02
26
439
18440
Virtual karabakh

İki maşın toqquşdu, “Mercedes” aşıb alov aldı: sürücü diri-diri yandı - YENİLƏNİB + VİDEO

“Atəşgah” Sığorta Şirkəti Sumqayıtda baş vermiş avtomobil qəzası ilə bağlı məlumat yayıb.

Şirkətdən Oxu.Az-a bildirilib ki, şirkətin iki nəfər əməkdaşının olduğu “Hyundai-İX35” markalı xidməti avtomobil “Mercedes” markalı avtomobil ilə toqquşub.

Sumqayıt yolunda baş verən qəza nəticəsində əməkdaşlardan biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib.

17:36

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Report” xəbər verir ki, hadisə zamanı “Mercedes” və “Hyundai-İX35” markalı avtomobillərin toqquşub.

Toqquşmanın təsirindən “Mercedes” aşıb və avtomobil yanmağa başlayıb. Maşında olan bir nəfər yanaraq ölüb. Onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

“Hyundai-İX35” markalı avtomobildə olan Kamran Füzuli oğlu Atayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobilin sürücüsü Anar Nəsir oğlu Rzayev isə ağır xəsarət alıb. 

Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisə“Mercedes” markalı avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması olub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri