20 
Sen
2019
00:37
14
178
6480
Virtual karabakh

Bakıda 2 avtomobil toqquşub: ölən və yaralananlar var - FOTO/VİDEO

20 Sen, 2019
00:37
6480

Bakıda 2 avtomobil toqquşub: ölən və yaralananlar var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. 

Belə ki, 75 yaşlı Fəttahov Hidayət Seyidmiri oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə köməkçi yoldan qəfil Mehdi Hüseynzadə küçəsinə çıxıb.

Yüksək sürətlə gələn “Mercedes” markalı avtomobilin sürücüsü, 39 yaşlı Həsənov Rafiq Tolik oğlu idarəetməni itirərək “VAZ 2106”ya çırpılıb.

Zərbənin gücündən “VAZ 2106”nın sürücüsü H.Fəttahov hadisə yerində keçinib. “Mercedes” isə evin daş hasarına dəyib. 

“Mercedes”in sürücüsü R.Həsənov və “VAZ 2106”da olan sərnişin, H.Fəttahovun həyat yoldaşı, 1948-ci il təvəllüdlü Fəttahova Ətiyyə Nuhbala qızı xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri