20 
Sen
2019
09:55
13
111
2210
Virtual karabakh

Bakıda külək altı ağacı aşırdı: ikisi maşının üstünə düşdü

20 Sen, 2019
09:55
2210

Bakıda külək altı ağacı aşırdı: ikisi maşının üstünə düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxda dünəndən başlayan güclü külək altı ağaca ziyan vurub.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, külək nəticəsində iki ağac maşınların üstünə düşüb:

“İki ağac kökündən çıxıb. Dörd ağacın isə budağı sınıb. Ümumilikdə, külək altı ağaca ziyan vurub”.

Orxan Məmmədov hadisələrin paytaxtın Yasamal, Nəsimi və Nizami rayonlarında baş verdiyini qeyd edib.

Sevinc Yasinqızı  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri