20 
Sen
2019
10:15
112
19
3243
Virtual karabakh

Uşaqların gözündə “Toyota”nın 13-cü “Dream Car Art Contest” müsabiqəsi başa çatdı - FOTO

20 Sen, 2019
10:15
3243

Uşaqların gözündə “Toyota”nın 13-cü “Dream Car Art Contest” müsabiqəsi başa çatdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Toyota” təbiətdən və insandan, xüsusən uşaqlardan ilham almağa davam edir. İlk dəfə 15 il öncə keçirilmiş “Arzularımın avtomobili” rəsm müsabiqəsi bu il Azərbaycandan olan Kənan Arzumanovun da medalçılar arasında olması ilə yadda qaldı. O dünyanın bir sıra ölkələrini təmsil edən  digər 29 qalib kimi ailəsi ilə birlikdə Yaponiyaya dəvət edilib. 

Medalçılar arasında yenidən seçilərək üç gümüş mükafatçıdan biri olan səkkiz yaşlı istedadın “Eco Speed Toyota” əsəri yüz minlərlə rəsm içində jürinin diqqətini cəlb edə bilib. 

Avqustun 29-da “Toyota”nın Naqoya ofisində keçirilən mükafatlandırma mərasimi uşaqlar üçün unudulmaz olub. Balaca rəssamlar “Toyota” mükafatlarını qazanmaqla yanaşı, şirkətə məxsus “Toyota Kaikan” muzeyini, “Toyota Motomachi” zavodunu və “Toyota Design Discovery Cruise” dizayn mərkəzini görmək şansını əldə ediblər.

Bu məkanlarda onlara “Toyota”nın fəlsəfəsi, həyata baxışı, missiyası, Toyota avtomobillərinin istehsal prosesi, eləcə də, “Toyota” avtomobillərinin necə dizayn edilməsi haqqında ətraflı məlumat əldə ediblər.

Ümumilikdə yapon mədəniyyəti ilə tanış olmaq üçün isə qaliblər Yaponiyanın qədim Kioto şəhərinədə səyahət ediblər. Burada qaliblər bir sıra yapon mədəniyyətinə aid məbədlərlə tanış olublar.

Qeyd edək ki, bu il 13-cü dəfədir keçirilən müsabiqəyə 86 ölkə və regiondan təxminən 950 000 rəsm əsəri göndərilib. Mükafata layiq görülən əsərlər milli müsabiqələrin qalibləri arasından seçilib. Milli müsabiqələr 2018-ci ilin oktyabr ayından 2019-cu ilin mart ayına qədər keçirilib.

Aprel ayında isə “Toyota Motor Corporation” şirkətindən başqa, müstəqil rəsm ekspertləri və avtomobil sənayesi üzrə mütəxəssislərin münsifliyi ilə üç yaş kateqoriyasında - “7 yaş və daha az” “8-11 yaş” və “12-15 yaş” - qaliblər müəyyənləşdirilib.

Əlavə olaraq bu il iki həvəsləndirici mükafat olan yenicə yaradılmış “Vaku-Doki” və texniki xüsusiyyətlərinə görə həvəsləndirici “Engineering Inspiration Award” mükafatıda Yaponiyanı və Qətəri təmsil edən balaca rəssamlara təqdim edilib.  

Tədbirdə “Toyota Motor Corporation” şirkətinin icraçı vitse-prezidenti Didiye Leroy, “Toyota Motor Corporation”a məxsus “GAZOO” yarış şirkətinin icraçı vitse-prezidenti Yumi Otsuka, Yaponiyanın məşhur Super GT yarış sürücüsü və Lexus LeMans komandasının direktoru Yuiçi Vakisaka və digər tanınmış rəsmilərdə iştirak ediblər. 

“Toyota” şirkətinin ilk dəfə 2004-cü ildə keçirdiyi “Arzularımın avtomobili” rəsm müsabiqəsinin əsas məqsədi dünyanın hər yerindən olan uşaqlara sevinc hissi yaşatmaq və onlara xəyal qurmağın nə qədər əhəmiyyətli olduğunu aşılamaqdır. Müsabiqə, həmçinin, uşaqlarda avtomobillərə maraq oyatmağı da hədəfləyib. 

Balaca istedadların unikal rəsmləri ilə müsabiqənin rəsmi İnternet səhifəsində tanış ola bilərsiniz: https://www.toyota-dreamcarart.com/

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri