20 
Sen
2019
11:24
14
392
8389
Virtual karabakh

Bakıda azyaşlı oğlana təcavüz edildi - MƏHKƏMƏ

20 Sen, 2019
11:24
8389

Bakıda azyaşlı oğlana təcavüz edildi - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib. 

Oxu. Az xəbər verir ki, Ehtibar Rza-zadə adlı şəxs köməksiz vəziyyətdə olan azyaşlı oğlan - M.Ə-yə (ad, soy ad şərtidir) təcavüz edib. 

Azyaşlının valideynlərinin şikayəti əsasında saxlanılan E.Rza-zadə barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Cinayət işinin ibtidia istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Ramella Allahverdiyevanın icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, E.Rza-zadənin cinayət əməli sübuta yetirilərsə, onu səkkiz ildən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri