22 
Sen
2019
11:34
206
38
6802
Virtual karabakh

Ər-arvad nalbəndlər: “Bu iş çox məsuliyyətlidir” - FOTO/VİDEO

22 Sen, 2019
11:34
6802

Ər-arvad nalbəndlər: “Bu iş çox məsuliyyətlidir” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atdan istifadə edənlər azalsa da, qaxlı sənətkar qədim nalbəndlik peşəsini yaşadır.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Qaxın Dəymədağlı kənd sakini Xanlar Salahov 37 ildir nalbəndliklə məşğuldur.

Nalbəndliyi 10 il usta yanına gedərək öyrənən X.Salahov peşəsini həyat yoldaşına da öyrədib. Ancaq o, bu sənətə əvvəlki kimi tələbatın olmadığını bildirir. 

Ustanın həyat yoldaşı Rübabə Salahova deyir ki, bu peşəni həvəslə öyrənib. O, güc tələb edən sənətin öhdəsindən asanlıqla gəlir.

X.Salahovun sözlərinə görə, bu iş çox məsuliyyətlidir:

“Nalın mıxı bir balaca səhv gedərsə, atın ayağını zədələyə bilər. Yaxud, ayaq düz yonulmazsa, nal da düz oturmaz və yenə atı incidər, tez də xarab olar”.

Qeyd edək ki, nalbənd bir atın dörd nalını 15 manata hazırlayır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri