20 
Sen
2019
21:05
261
170
14551
Virtual karabakh

149 - qadınların bütün problemlərini həll edəcək nömrə - FOTO/VİDEO

20 Sen, 2019
21:05
14551

149 - qadınların bütün problemlərini həll edəcək nömrə - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qadınlar üçün “Xanımların xətti” adlı yeni xidmət işə başlayıb.

“Necə də maraqlı ideyadır!”

“Xanımların xətti” xidmətinə dair xəbər sosial şəbəkələrdə qadınlar tərəfindən məhz belə qarşılanıb. Bu xidmətin fəaliyyəti tamamilə zərif cinsə yardım etmək və onlara dəstək vermək məqsədilə, eləcə də, onları həm məişət, həm də mənəvi problemlərdən uzaq tutmaq üçün yaradılıb.

“Xanımların xətti” xidmətinə dair anonsun cəmi bir neçə gün əvvəl verilməsinə baxmayaraq, 19 sentyabrda “Muğam Ocağı” restoranında təsisçilərin və tərəfdaşların iştirakı ilə keçirilmiş təntənəli rəsmi təqdimat mərasimindən sonra artıq xidmət fəaliyyətə başlayıb və elə bu gün siz bu xidmətə dair məlumat əldə etmək, yaxud da bu və ya digər xidməti sifariş etmək üçün “149” qısa nömrəsinə zəng edə bilərsiniz.

Bu xidmət üçün “149” qısa nömrəsinin seçilməsi təsadüfi deyil, belə ki, sizin nə qədər çətin olsa da, bütün problemlərinizi həll edən “Xanımların xətti” xidmətlərinin sayı məhz 149-dur. Həmçinin, xidmətlər ən qısa vaxtda, eləcə də istənilən anda sizə yardım etməyə hazır olan yüksək peşəkarlığa malik komanda tərəfindən yerinə yetirilir.

“Xanımların xətti” xidmətinin əsas keyfiyyəti boş vədlər verməməkdir. Belə ki, bu xidmət həftədə 7 gün və sutkada 24 saat fəaliyyət göstərir. 

Bu layihənin Azərbaycanın xidmət bazarında böyük əks-səda doğuracağı şübhəsizdir. Bunu təkcə “Xanımların xətti” tərəfindən təklif edilən xidmətlərin sayı demir, bu, həm də qadınlar üçün maraqlı və lazımlı olan layihənin komandasının fikridir. Hər bir probleminizin və ya sorğunuzun yüksək səviyyəli mütəxəssis tərəfindən həll ediləcəyindən əmin olun.

Xüsusilə, qeyd etmək istərdik ki, “Xanımların xətti” xidmətlərindən istifadə edən zərif cinsin hər bir nümayəndəsinə fərdi qaydada yanaşılacaq və etibar üzərində qurulmuş müştəri münasibətləri bu layihənin fərqləndirici xüsusiyyətidir.

Biz 149 vacib və faydalı xidmətin hamısını sadalamayacağıq, bu xidmətlərə dair “149” qısa nömrəsinə zəng etməklə, məlumat əldə etmək olar. Eyni zamanda bu xidmətlərdən bəzilərini aşağıda qeyd edirik:

- Avtomobil kirayəsi

- Yol-nəqliyyat hadisələri zamanı və ya avtomobildə nasazlıq yaranan zaman yardım göstərilməsi 

- Cehizlərin daşınması

- Avto təlim

- Təmizlik xidməti

- 149 AZN müqabilində imicinizin tamamilə dəyişdirilməsi

- Qeyri-adi evlilik təkliflərinin edilməsi

- Güllərin sifarişi

- Premium taksi xidməti (bütün gün üçün taksi)

Bu, “Xanımların xətti” xidmətlərinin sadəcə kiçik, yalnız effektiv siyahısıdır. Bu xidmətlər problemlərin və qayğıların aradan qaldırılmasında Azərbaycan qadınlarının ən yaxşı dostuna çevriləcək və bütün işləri onların özlərinin görmələrinə ehtiyac olmayacaq.

“149” – qadınların bütün problemlərini həll edəcək nömrə. Zənginizi gözləyirik!

“Xanımların xətti” Facebook sosial şəbəkəsində - https://www.facebook.com/149LadysLine/

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri