20 
Sen
2019
22:53
9
174
4513
Virtual karabakh

Qaxda minik avtomobili ilə toqquşan yük avtomobili aşdı - FOTO

20 Sen, 2019
22:53
4513

Qaxda minik avtomobili ilə toqquşan yük avtomobili aşdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axşam saatlarında Qax rayonu ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.

Şəki sakini Elxan Səlimovun idarə etdiyi ərzaq məhsullarının satışı ilə məşğul olan firmaya məxsus 90-JS-092 dövlət qeydiyyat nişanlı “İsuzu” markalı yük avtomobili qarşıdan gələn Qax sakininin idarə etdiyi 34-BB-097 dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən idarəetməni itirən yük avtomobili yola aşıb.

Qəza nəticəsində xəsarət alan yük avtomobilinin sürücüsü Elxan Səlimov, minik avtomobilində olan Qax sakinləri Rahib Mənəfov və İlham Əhmədov Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Fakt araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri