20 
Sen
2019
23:33
27
224
8479
Virtual karabakh

Bakıda sərxoş piyada faciəli şəkildə öldü: üstündən “KamAZ” keçdi - FOTO

20 Sen, 2019
23:33
8479

Bakıda sərxoş piyada faciəli şəkildə öldü: üstündən “KamAZ” keçdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda 54 yaşlı kişi yük maşınının altında qalaraq ölüb.

Oxu.Az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

1965-ci il təvəllüdlü Yelseviç Yuri Aleksandroviç anidən prospekt yoluna çıxıb. “KamAZ” markalı yük avtomobilinin sürücüsü onu vurmaqdan yayınmağa çalışsa da, Y.Yelseviç yük avtomobilinin arxa təkərlərinin altına düşüb.

Nəticədə yük avtomobili onun üzərindən keçib. Piyada hadisə yerindəcə ölüb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Müəyyən edilib ki, ölən şəxs sərxoş vəziyyətdə olub. Mərhumun bədənində cinayət aləminə aid edilən müxtəlif simvolların döymələri olub.

Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Kamil Əmirli

Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri