21 
Sen
2019
09:20
14
116
5053
Virtual karabakh

Azərbaycanlı pul dəyişdirib “qabağa düşmək” istədi, beş ilədək “geriyə düşdü”

21 Sen, 2019
09:20
5053

Azərbaycanlı pul dəyişdirib “qabağa düşmək” istədi, beş ilədək “geriyə düşdü”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Bryansk şəhərində fırıldaqçılıqda şübhəli bilinən azərbaycanlı polis tərəfindən saxlanılıb.

Oxu.Az xəbər verir ki, qadın bankomatdan 50 min rubl çıxardıqdan sonra bir kişi ona yaxınlaşıb.

Kişi özündə olan əskinasları mübadilə etmək istədiyini deyib.

Qadın isə pulu dəyişdirərkən 50 min rubl əvəzinə cəmi 27 min rubl aldığını bilib. Polis müşahidə kameraları sayəsində şübhəlinin izinə düşüb.

Rusiya Daxili İşlər Nazirliyinin Bryansk bölgəsi üzrə mətbuat xidmətinin məlumatına görə, şübhəli şəxs bu ilin avqust ayının ortalarında şəhərə gələrkən həbs olunub.

Onun 56 yaşlı azərbaycanlı olduğu məlum olub.

Faktla bağlı cinayət işi açılıb. Pul dəyişdirib “qabağa düşmək” istəyən şəxsi beş ilədək “geriyə düşmək”, yəni həbs cəzası gözləyir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri