21 
Sen
2019
10:26
81
137
7365
Virtual karabakh

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

21 Sen, 2019
10:26
7365

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında şimal küləyi güclənəcək.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, güclü külək sentyabrın 22-si səhər saatlarına kimi davam edəcək:

“Ən güclü külək bu gün gündüz və axşam müşahidə olunacaq. O zaman küləyin maksimal sürəti saniyədə 30-35 metr arası olacaq.

Bu müddət ərzində respublikanın rayonlarında isə hava şəraiti qeyri-sabit olacaq. Rayonlarda yağış yağacaq. Əsasən, dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv olacağı proqnozlaşdırılır. Proses kəskin və qısamüddətli olacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlara müraciət edərək ehtiyatlı olmalarını bildirib:

“Güclü külək nəticəsində irigövdəli ağacların aşması, onların budaqlarının sınması təhlükəsi var. Ona görə də vətəndaşlarımıza diqqətli olmaları, ağacların altında durmamaları, maşınları ağacların altında saxlamamağı tövsiyə edirik. Valideynlər uşaqları küləkli havada həyətə nəzarətsiz buraxmasınlar”.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri