22 
Sen
2019
01:52
40
156
9544
Virtual karabakh

Kişi feminist ola bilər? - VİDEO

22 Sen, 2019
01:52
9544

Kişi feminist ola bilər? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nisə Hacıyeva Bakı Dövlət Universitetində müəllim olmaqla yanaşı, həm də fəal feministdir. Dünyada getdikcə sayları artmaqda olan feministlərin əsas məqsədi isə qadınlara kişilərlə bərabər hüquqların verilməsidir.

Baku TV-nin müsahibi deyir ki, hazırkı dövrümüzdə əzilənlər sırasında qadınlar çoxluq təşkil edir.
Nisə Hacıyeva bildirib ki, feministlərin arasında lezbiyanlar, transseksuallar və biseksuallar da var.

“Qadınlarla kişilərin arasında fərq yoxdursa, qadınlar niyə əsgər getmir?” sualına N.Hacıyeva belə cavab verdi:

“Heç kəsi məcburi hərbi xidmətə cəlb etmək olmaz, kişi də, qadın da əsgərliyə gedə bilər”.
  
Ailəli olan müsahibimizin dediyinə görə, onun həyat yoldaşı da feministdir. Nisə xanım deyir ki, hətta ev işlərini belə növbəli şəkildə görürlər: “Məsələn, mən yemək bişirəndə ərim qabları yuyur”.

Sonda isə müsahibimiz feminizmdən xəbərdar olmayan xanımlara müraciət edərək, onları öz hüquqlarını müdafiə etməyə çağırdı.

 

Sail Ağasəlim

Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri