21 
Sen
2019
12:17
44
348
20421
Virtual karabakh

İTV-nin sabiq əməkdaşı həyatını itirdi

21 Sen, 2019
12:17
20421

İTV-nin sabiq əməkdaşı həyatını itirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda baş verən dəhşətli qəzada ölən Fuad Musazadə İTV və “M Group Production” şirkətinin sabiq hüquqşünası olub.

Bu barədə Oxu.Az-a açıqlamasında “M Group Production” şirkətinin mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli məlumat verib. 

K.Əlibəyli F.Musazadənin keçən il şirkətin hüquqşünası kimi işlədiyini bildirib. F.Musazadə, eləcə də, "İctimai Televiziya", "Evromedia", AQTA və AzTV-nin sabiq əməkdaşı olub. 

Qeyd edək ki, sentyabrın 19-da saat 15 radələrində Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Anar Nəsir oğlu Rzayevin idarə etdiyi “Hyundai” və Fuad Şahin oğlu Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticədəsində iki nəfər ölüb. 

Nəticədə, maşınların toqquşmasından sonra, “Mercedes” yoldan çıxaraq aşıb. “Mercedes”in sürücüsü F.Musazadə dünyasını dəyişib. 

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri