21 
Sen
2019
13:52
165
67
6654
Virtual karabakh

İstirahət gününün havası: yağış, şimşək, qar

21 Sen, 2019
13:52
6654

İstirahət gününün havası: yağış, şimşək, qar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 13-16° isti, gündüz 18-21° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 761  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı  ehtimalı var. Gündüz əksər rayonlarda yağmursuz keçəcək.

Səhər saatlarında  duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti, 
dağlarda gecə 3-7° isti, gündüz 7-11° isti təşkil edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri