27 
Sen
2019
11:41
84
17
2808
Virtual karabakh

Rüşvətə görə həbsdə olan keçmiş icra məmuru yenidən məhkəmə qarşısında

27 Sen, 2019
11:41
2808

Rüşvətə görə həbsdə olan keçmiş icra məmuru yenidən məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellasiya Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən keçmiş icra məmuru Asif Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib. 

İttihama görə, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini versə də, əməl etməyib.

Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin A.Məmmədov altı il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri