Okt
2019
10:23
11
126
1597
Virtual karabakh

Ötən ay Azərbaycanda 20 nəfər qidadan zəhərlənib

1 Okt, 2019
10:23
1597

Ötən ay Azərbaycanda 20 nəfər qidadan zəhərlənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabr ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1573 müraciət daxil olub.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 215-i sertifikatlaşdırma və qeydiyyat, 289-u idxal-ixrac əməliyyatları, 216-ı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 76-sı işə qəbulla, 730-u isə digər xarakterli olub.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri