Okt
2019
15:36
17
188
7219
Virtual karabakh

Bakıda məhkum onu ziyarətə gələn arvadını bıçaqlayıb? - AÇIQLAMA

3 Okt, 2019
15:36
7219

Bakıda məhkum onu ziyarətə gələn arvadını bıçaqlayıb? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov 7 saylı cəzaçəkmə müəssisəsində məhkumun həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan məlumatı təkzib edib.

Mehman Sadıqov Oxu.Az-a açıqlamasında məlumatın doğruluğunu yoxladığını, ancaq təsdiqlənmədiyini bildirib.

Qeyd edək ki, bəzi KİV-lərdə 38 yaşlı məhbus Ramin Bayramovun görüş zamanı həyat yoldaşı, 33 yaşlı Elmira Bayramovanı döydüyü və ona bıçaq xəsarətləri yetirdiyinə dair xəbər yayılıb.

M.Sadıqovun sözlərinə görə, ər-arvad arasında münaqişə ehtimal olunsa da, nəticədə, heç bir ciddi nəticə hadisə baş verməyib.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri