4 
Okt
2019
00:57
18
175
4100
yuxarı
Bakıda sərxoş piyadanı avtomobil vurub - FOTO
4 Okt, 2019
00:57
4100
18
175
Bakıda sərxoş piyadanı avtomobil vurub - FOTO
Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Vaqif prospektində, “Koroğlu” parkının yaxınlığında qeydə alınıb.
55 yaşlı Aslanov Nəbi Paşa oğlu anidən yüksək sürətli yola çıxıb. Bu zaman hərəkətdə olan “Opel” markalı avtomobil onu vuraraq ağır xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
İlkin məlumata görə, N.Aslanov sərxoş vəziyyətdə olub.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək