Okt
2019
16:14
24
269
6087
Virtual karabakh

Azərbaycanda 14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurdu

4 Okt, 2019
16:14
6087

Azərbaycanda 14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqanda məktəbliləri maşın vurub.

APA-nın məlumatına görə, hadisə oktyabrın 3-ü, saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb.

14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən üç yeniyetmə qızı vurub.

Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri