Okt
2019
16:54
81
15
4361
Virtual karabakh

İstirahət günlərinin hava proqnozu açıqlandı

4 Okt, 2019
16:54
4361

İstirahət günlərinin hava proqnozu açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, lakin 7-də axşamşimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, oktyabrın 7-də arabir güclənəcək. Havanın maksimal temperaturu 22-27, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 6-da axşam bəzi yerlərdə şimşək çaxacağı, bəzi yerlərdəarabir qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi oktyabrın 7-də arabir güclənəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə havanındəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 5-də axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi oktyabr 7-də arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20, gündüz 24-27 dərəcə isti təşkil edəcək. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri