Okt
2019
17:04
80
18
1833
Virtual karabakh

BMTM Türk Şurasının 10 illiyi ilə bağlı beynəlxalq konfrans keçirib - FOTO

4 Okt, 2019
17:04
1833

BMTM Türk Şurasının 10 illiyi ilə bağlı beynəlxalq konfrans keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Türk Şurası: Naxçıvan Sazişinin 10 illiyi” adlı beynəlxalq konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər. Daha sonra konfrans öz işinə başlayıb.

Konfransı giriş nitqi ilə açan BMTM-nın sədri Fərid Şəfiyev bildirib ki, bu kimi konfransların keçirilməsində məqsəd tək Türk Şurasının yubileyini qeyd etmək deyil, o cümlədən türkdilli ölkələrin institutlaşması və beynəlxalq aləmdə güclü təşkilat səviyyəsinə çatdırılması üçün bütün üzv ölkələrin səylərini birləşdirməkdir.

O bildirib ki, Azərbaycanın Türk Şurasının təsisçilərindən biri kimi ümumtürk ənənələrin və maddi-mənəvi dəyərlərin qorunmasında göstərdiyi səylər qürurvericidir.

Onun sözlərinə görə, bu tədbir çərçivəsində keçirilən müzkirələr bu səylərin daha da artmasına və türkdilli ölkələr arasında əlaqələrin inkişafına, regional və beynəlxalq səviyyədə koordinasiyasını artırmağa imkan verəcək.

Fərid Şəfiyev, həmçinin, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində türk irsinin dağıdılması və talan edilməsinə diqqət çəkib və bu faktın bütün beynəlxalq hüquq normalarını pozduğunu bildirib.

Sədr Türk Şurası tərkibində bu mövzu ətrafında müzakirələrin aparılmasının vacibliyinə toxunub. Daha sonra çıxış edən Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov hazırki qlobal dəyişikliklər dövründə beynəlxalq münasibətlər və təhlükəsizlik məsələlərinə dair fundamental araşdırmaların vacibliyinə diqqəti yönəldərək, türkdilli ölkələr arasında siyasi əməkdaşlığın inteqrasiya proseslərinin təhlilinə elmi töhfə verəcəyini vurğulayıb.

Xarici İşlər Nazirinin müavini Ramiz Həsənov bildirib ki, Türk Şurası regionda sülhün bərqərar olması, ümumi maraq doğuracaq bütün sahələrdə regional və çoxsəviyyəli əlaqələrin inkişafı və müxtəlif sahələrə əsaslı sərmayələr yatırmaq baxımdan geniş əməkdaşlıq üçün əhəmiyyətli platformadır.

O,  Türk Şurasının ortaq türk dəyərlərinin, ənənələrinin və maddi-mənəvi dəyərlərin qorunmasında böyük rol oynadığını vurğulayıb. 

Daha sonra BMTM ilə  Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi, BMTM ilə Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutu və Özbəkistan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu arasında ikitərəfli əməkdaşlıq memorandumları imzalanıb.

Panel müzakirələri zamanı Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Altınbek Mamaisupov Türk Şurasının sistemli şəkildə türkdilli ölkələr konsepsiyasını dünyaya təqdim etdiyini bildirib.

O, Böyük İpək yolunun türkdilli ölkələr arasında əməkdaşlıq coğrafiyasına böyük töhfə verdiyini vurğulayıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının təşəbbüsü ilə Türk mədəniyyəti irsi fondunun yaradılması tarixinə və Fondun həyata keçirdiyi layihələrə toxunub və bildirib ki, müxtəlif dinlərə itaət edən, lakin eyni türk dilin daşıyıcıları olan türk xalqlarının ümumi, ortaq irsinin qorunması çox vacibdir.

Beynəlxalq Türk Akademiyasının prezidentinin müşaviri Fizuli Məcidli Qazaxıstan prezidentinin təşəbbüsü ilə yaradılmış və beynəlxalq status almış akademiyanın türkdilli ölkələr arasında elmi inteqrasiyanın həyata keçirilməsi üçün bir sıra layihələr həyata keçirdiyini bildirib, ortaq əlifba nəzəriyyələrinin hazırlanmasından danışıb. 

Müzakirələr panel iclaslarında davam etdirilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri