Okt
2019
18:35
23
228
3668
Virtual karabakh

Nizamidə BMW, Qaradağda isə “Mercedes” yandı

6 Okt, 2019
18:35
3668

Nizamidə BMW, Qaradağda isə “Mercedes” yandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda iki avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisələrdən biri Nizami, digəri isə Qaradağ rayonlarında baş verib.

Nizami rayonunda BMW markalı minik avtomobilinin mühərrik hissəsi alışıb. Yanğınsöndürənlər avtomobilin qalan hissəsini alovdan qoruya biliblər.

Qaradağ rayonunda isə “Mercedes” markalı minik avtomobilinin salon hissəsi qismən yanıb. Bu nəqliyyat vasitəsinin də qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri