Okt
2019
11:50
36
127
2334
Virtual karabakh

Vüsal Hüseynov: Büdcəyə 4,5 milyon manat ödəniş edilib

Hər il xüsusi komissiya tərəfindən əməkçi miqrantların sayı ilə bağlı kvota təyin edilir. Cari il üçün Azərbaycanda müəyyən edilmiş kvota 6815-dir.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hazırda bu kvotanın 70 faiz civarında iş icazəsi üçün müraciət olunub:

“Bu gün 4500 nəfərə yaxın əməkçi miqrant icazə üçün müraciət edib. Onlara rəsmi iş icazəsi verilib. Lakin onu da qeyd edim ki, iş icazəsi tələb olmadan işlədən kateqoriya da mövcuddur. Məsələn, Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbi, eləcə də. beş illik daimi yaşama icazəsi olan şəxslər iş icazəsi olmadan ölkədə işləyə bilərlər”.

V.Hüseynov onu da əlavə edib ki, 2019-cu ildə təxminən 4,5 mln. manatlıq büdcə gəliri əldə edilib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri