10 
Okt
2019
03:44
33
172
5725
Virtual karabakh

Bakıda xanım sürücü avtomobili ağaca çırpdı

10 Okt, 2019
03:44
5725

Bakıda xanım sürücü avtomobili ağaca çırpdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza Ə.Rəcəbli küçəsində qeydə alınıb.

Belə ki, 21 yaşlı Talıbova Əfsanə Hənifə qızı idarə etdiyi “Hundai Elantra” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı Ə.Talıbova xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri