10 
Okt
2019
14:44
131
25
3137
Virtual karabakh

Şəkidə antik dövrə aid qəbirlər aşkarlandı - FOTO

10 Okt, 2019
14:44
3137

Şəkidə antik dövrə aid qəbirlər aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə arxeoloji qazıntılar zamanı qəbirlər aşkarlanıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qazıntılar rayonunun Fazil kəndində, Təpə Başı adlanan ərazidə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiyası şöbəsi və Qazaxıstanın Berel arxeoloji qoruğu arasında imzalanan müqaviləyə əsasən aparılır. 

Qazıntılar antik və dəmir dövrünün izlərini üzə çıxarıb.

AMEA  Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib ki, qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə keçidin izlərini daşıyır. 

Ərazidə beş qəbir və üç qurbangah aşkar edilib. Qəbirlərin müxtəlif dövrlərə aid olduğu ehtimal edilir. Hazırda ərazidə qazıntı işləri aparılır, qazıntıların fotoplanları hazırlanır.

İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən “Əbədi süküt labirinti” muzeyində sərgilənəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri