10 
Okt
2019
12:04
48
368
11114
Virtual karabakh

Azərbaycanda daha bir qadına qarşı vəhşilik: Ata bağlayıb sürüdülər - YENİLƏNİB

10 Okt, 2019
12:04
11114

Azərbaycanda daha bir qadına qarşı vəhşilik: Ata bağlayıb sürüdülər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi Goranboyda ata bağlanaraq sürüdülmüş qadın barədə məlumat yayıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Goranboy rayonu Xanqərvənd kənd sakini 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

“Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Fatkla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

11:29

Goranboy rayonunda qonşular arasında dava olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xanqərvənd kəndində qeydə alınıb. 

Kənd sakini, 1984-cü il təvəllüdlü Ələkbərova Sahilə Məzahir qızının qonşularla arasında yaranan mübahisə davaya çevrilib. Belə ki, qəzəbli qonşular onu döydükdən sonra ata bağlayıb sürüyüb. 

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Goranboy Rayonu Mərkəzi Xəstəxanasından verilən məlumata görə, S.Ələkbərovanın vəziyyəti ağırdır. 

Fakt araşdırılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri