12 
Okt
2019
07:26
6
163
3399
Virtual karabakh

Sabunçuda iki, Binəqədidə isə bir nəfəri maşın vurdu

12 Okt, 2019
07:26
3399

Sabunçuda iki, Binəqədidə isə bir nəfəri maşın vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda piyadaların vurulması ilə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib.  

Oxu.Az xəbər verir ki, hadisələrdən ikisi Sabunçu, biri isə Binəqədi rayonunda olub.  

Sabunçu ərazisində 1952-ci il təvəllüdlü Balayarov Balayar Səlim oğlu idarə etdiyi velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub.   

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.  

Rayonun Pirşağı qəsəbəsində isə 14 yaşlı qızı avtomobil vurub. Belə ki, hadisə 2005-ci il təvəllüdlü Abbasova Fatimə Namiq qızı yolu keçmək istəyən zaman baş verib.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. 

Üçüncü hadisə isə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində baş verib. 

Yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Rzayev Fərhad Faiq oğlunu minik avtomobili vurub.  

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona müştərək travma diaqnozu qoyulub.  

Kamil Əmirli  

Elşad Mətləboğlu 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri