12 
Okt
2019
04:11
12
233
5464
Virtual karabakh

Bakıda dəhşətli qəza: Beş nəfər yaralandı, üçü azyaşlıdı

12 Okt, 2019
04:11
5464

Bakıda dəhşətli qəza: Beş nəfər yaralandı, üçü azyaşlıdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı rayonunda iki avtomobilin toqquşması zamanı beş nəfər xəsarət alıb.  

Oxu.Az xəbər verir ki, Əmircan qəsəbəsi ərazisində “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki yaşlı Şəbiyeva Əsma Aydın qızı, dörd yaşlı Şəbiyev Hüseynəli Aydın oğlu və onların anası, 1992-ci il təvəllüdlü Şəbizadə Ülviyyə Yaşar qızı, eləcə də, 4 yaşlı Eyvazova Məsumə Hüseyn qızı və 1969-cu il təvəllüdlü Əbdülkərimova Şəhla Hacı qızı xəsarət alıb.  

Yaralılar xəstəxanaya çatdırılıb. Hər üç azyaşlıya qapalı kəllə-beyin travması, Ş.Əbdülkərimovaya döş qəfəsinin əziyi, Ü.Şəbizadəyə isə burunun əzilməsi diaqnozu qoyulub.  

Azyaşlılardan Ə.Şəbiyeva və H.Şəbiyevin vəziyyətinin ağır olduğu bildirilir.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri