12 
Okt
2019
21:28
123
75
7499
Virtual karabakh

Bakıda və rayonlarda yağış, külək, dənizdə dalğanın hündürlüyü 4.8 metr - FAKTİKİ HAVA

12 Okt, 2019
21:28
7499

Bakıda və rayonlarda yağış, külək, dənizdə dalğanın hündürlüyü 4.8 metr - FAKTİKİ HAVA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda və regionlarda bu günə olan faktiki hava durumu açıqlanıb. 

ETSN-in Milli Hidrometeorologiya Departamentinin oktyabrın 12-də saat 21.00-a olan son məlumatına əsasən, qeyri – sabit, güclü küləkli hava şəraiti davam edib, şimal-qərb küləyi Qum adası və Tərtərdə 25 m/s, Neftcala, Ələtdə 24 m/s, Neft Daşlarında 23 m/s, Bakı, Naftalan, Nabranda 20 m/s, Sumqayıtda 19m/s, Ağstafada 18 m/s, Salyan, Şəkidə 16 m/s- dək güclənib.  

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.8 metrə çatıb.  

Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaltan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay, Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb.  

Sabah, okyabrın 13-də səhər saatlarından başlayaraq küləyin mülayimləşməsi, yağışın kəsilməsi gözlənilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri