13 
Okt
2019
01:02
11
139
5034
Virtual karabakh

Salyanda qəza: 15 və 20 yaşlı iki gənc xəsarət aldı

13 Okt, 2019
01:02
5034

Salyanda qəza: 15 və 20 yaşlı iki gənc xəsarət aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyanda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.  

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  

“VAZ-2104” markalı avtomobilin “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1999-cu il təvəllüdlü Kərimov Əkrəm Əlibaba oğlu və Salyanın Şorsulu kənd sakini, 2004-cü il təvəllüdlü Feyzullayev Rəvan Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb və ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.  

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri