13 
Okt
2019
16:05
17
237
5942
Virtual karabakh

Gəncədə ev yanıb, xəsarət alanlar var - FOTO/VİDEO

13 Okt, 2019
16:05
5942

Gəncədə ev yanıb, xəsarət alanlar var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində fərdi mənzillərdən birində yanğın hadisəsi olub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsindəki 8 saylı binada qeydə alınıb.

Hadisə nəticəsində 1961-ci il təvəllüdlü Rzayeva Məhluqə Əliş qızı müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Yanğın zamanı iki azyaşlı uşaq xilas edilib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını cəlb olunub.

İlkin məlumatlara görə, yanğın elektrik naqillərində yaşanan qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri