14 
Okt
2019
01:51
9
135
4755
Virtual karabakh

Aeroport yolunda qəza: çınqılla yüklü “Shacman” işıq dirəyinə çırpıldı - FOTO/VİDEO

14 Okt, 2019
01:51
4755

Aeroport yolunda qəza: çınqılla yüklü “Shacman” işıq dirəyinə çırpıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yük maşını işıq dirəyinə çırpılıb. 

Oxu.Az xəbər verir ki, hadisə aeroport yolunda baş verib. 

Məmmədov Kamal Mirzə oğlunun idarə etdiyi “Shacman” markalı, çınqılla dolu yük maşını yoldan çıxaraq işıq dirəyinə çırpılıb. 

Sürücü açıqlamasında bildirib ki, hərəkət zamanı mühərrik qəfil söndüyü üçün avtomobili idarə edə bilməyib. 

Zərbənin təsirindən işıq dirəyi aşıb, yük maşınına ciddi zərər dəyib. 

Ətrafa yanacaq dağıldığı üçün dərhal əraziya yanğından mühafizə bölməsinin yanğınsödürmə briqadası cəlb olunub. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri