14 
Okt
2019
09:37
15
311
5574
Virtual karabakh

Samuxda ana uşağına zəhər içirdi

14 Okt, 2019
09:37
5574

Samuxda ana uşağına zəhər içirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samuxda ehtiyatsızlıq səbəbindən üç yaşlı uşaq zəhərlənib.

Oxu.Az xəbər verir ki, bu gün səhər saatlarında Samuxda yaşayan 2016-cı il təvəllüdlü azyaşlı ehtiyatsızlıq səbəbindən zəhərlənib.

Uşağın vəziyyəti ağır olduğundan onu təcili olaraq Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriblər.  

1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az-a açıqlamasında səhər saatlarında mərkəzə zəhərləmə ilə azyaşlı uşağın daxil olduğunu təsdiqləyib. O bildirib ki, uşağın vəziyyəti ağır olduğundan Bakıya göndəriblər:

“Uşağın vəziyyəti həddindən artıq ağırdır. Anası səhvən uşağa xlorofos məhlulu içirib. Hazırda uşağın vəziyyəti kritikdir. Həkimlər əllərindən gələni edir ki, onu ağır vəziyyətdən çıxarsınlar. Bu dəqiqə üçün heç nə demək mümkün deyil”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri