14 
Okt
2019
10:49
224
23
8110
Virtual karabakh

Azərbaycanda icra başçısı müavinini işdən çıxardı: Sakinin şikayətinə görə

14 Okt, 2019
10:49
8110

Azərbaycanda icra başçısı müavinini işdən çıxardı: Sakinin şikayətinə görə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu rayon icra başçısı Vahid Tağıyev ikinci müavini İqbal Mikayılovu vəzifəsindən azad edib. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, buna səbəb icra başçısının qəbulu zamanı sakinlərdən birinin şikayəti olub. 

Rayon sakini probleminin həll olunmamasında İ.Mikayılovu ittiham edib. İcra başçısının müavini isə ittihamlara cavab verə bilməyib. 

Bunun nəticəsində İ.Mikayılov vəzifəsindən azad edilib. 

Vahid Tağıyev bu vəzifəyə Gülxan Zülfüqarovu təyin edib.

Qeyd edək ki, sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, bu postda Ənvər Qasım oğlu Seyidəliyevi əvəzləyib. 

Qeyd edək ki, bununla bağlı ilk məlumatı Baku.ws yayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri