14 
Okt
2019
14:33
68
120
1469
Virtual karabakh

AMEA prezidenti: Azərbaycanda zəlzələ təhlükəsi yoxdur

Hazırda Azərbaycanda zəlzələ ilə bağlı təhlükə gözlənilmir.

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Publika.az saytına müsahibəsində bildirib.  

“Azərbaycan orogen sahədə yerləşir. Orogen – yəni dağəmələgəlmə sahəsi. Buna görə də Azərbaycanda, o cümlədən, Xəzər dənizində daim zəlzələlər baş verir. İki, üç və dörd ballıq zəlzələlər qeydə alınır. Bunlar təkan kimi müşahidə olunur.

Zəlzələləri bizim seysmik xidmət idarəmiz öyrənir, müşahidə edir. Azərbaycanda bu gün seysmologiya sahəsində xidmət yüksək səviyyədədir. Nəinki müasir cihazlarımız, hətta GPS-lərimiz də var ki, Yer qabığının hərəkətini izləyə bilək.

Onları bir-birilə uzlaşdıraraq təyin edə bilirik ki, hansı sahə sürətlə, hansı daha az hərəkət edir. Biz həm də Qafqazı, Türkiyə ərazisini izləyərək deyə bilirik ki, Yerin təkində yaranan qüvvələr harada bir qədər çoxalıb, harada azalıb.

Hazırda Azərbaycan üçün təhlükə gözlənilmir. Ən böyük təhlükə 2000-ci ildə vardı. Noyabr ayında altı ballıq zəlzələ olmuşdu. Ondan sonra hələ ki, sakitlik hökm sürür”, deyə akademik qeyd edib.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri