14 
Okt
2019
17:22
9
389
7671
Virtual karabakh

Şamaxıda ana üç aylıq körpəsinə kerosin içirdi: vəziyyəti ağırdır

14 Okt, 2019
17:22
7671

Şamaxıda ana üç aylıq körpəsinə kerosin içirdi: vəziyyəti ağırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda ana üç aylıq uşağını zəhərləyib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb. 

2019-cu il təvəllüdlü Rəhimov Cəlan Cəlil oğluna anası gecə saatlarında qida əvəzinə butulkada olan kerosin (neft) verib. 

Ana səhvini anlayıb və körpə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan  Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib. 

Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır:

“Biz problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edirik”.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri