15 
Okt
2019
14:50
21
281
4605
Virtual karabakh

Azərbaycanda 24 yaşlı gənci qatar vurdu - YENİLƏNİB

15 Okt, 2019
14:50
4605

Azərbaycanda 24 yaşlı gənci qatar vurdu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Dəmir Yolları” QSC Sığırlı stansiyasında baş verən hadisə ilə bağlı açıqlama yayıb.

Oxu.Az-ın məlumatına görə, bu gün saat 10:30 radələrində Sığırlı stansiyasında xəsarətlə nəticələnən hadisə baş verib:

“Yük qatarı stansiyanın tək yolunda hərəkət edən zaman 367-ci kilometrlikdə dəmir yolu xəttini keçmək istəyən şəxsi vurub. Belə ki, maşinist dərhal səs siqnalları verərək tormozlama aparıb.

Lakin hadisənin qarşısını almaq mümkün olmayıb. Elektrovoz Sığırlı kənd sakini, eşitmə qüsurlu Mirzə Talıb oğlu Şəmiyevi vurub”.

“Xəsarət alan şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır”, - deyə QCS-dən qeyd edilib.

13:07

Kürdəmir sakinini qatar vurub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Şəmiyev Mirzə Talıb oğlu dəmir yolunu keçmək istəyərkən ehtiyatsızlıq edib və qatar onu vurub.Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisə şahidləri bildirib ki, yaralı danışma və eşitmə əngəllidir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri